İsveç klubunun futbolçuları saçlarını qırxdılar

İsveçin AIK klubunun futbolçuları "xərçəng" xəstəliyinə tutulan kapitanları Markus Hermana görə fədakarlıq ediblər.
90plus.az xəbər verir ki, onların hamısı saçlarını qırxıblar.
Klubun sosial media hesabındakı paylaşımda futbolçuların bu addımla kapitana dəstək olduğu yazılıb. Üstəlik, klub adından futbolçuya dəstək kampaniyası başladaraq ianə topladıqlarını vurğulayıblar:
"Xərçənglə mübarizədə həmrəyik. Gündəlik həyatını asanlaşdırmaq və xərçənglə mübarizəsinə töhfə vermək ümidi ilə Herman üçün ianə yığırıq. Böyük və ya kiçik olan bütün töhfələr fərq yaradır".
© Copyright 2025, All Rights Reserved