İtaliya A Seriyası: Baş məşqçilərin maaşı

“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyada ən yüksək maaş alan mütəxəssisdir.
90plus.az xəbər verir ki, “Football Italia”nın məlumatına görə, “Napoli”nin baş məşqçisi Antonio Konte 2025/26 mövsümü üçün A Seriyada ən çox qazanan məşqçidir.
56 yaşlı mütəxəssis bu ilin mayında yeni müqavilə imzaladıqdan sonra ildə 8 milyon avro xalis maaş alır. Bu razılaşma “Napoli”nin son üç ildə ikinci “skudetto”sunu qazanmasının ardından baş tutub.
Konteyə ən yaxın rəqiblər “Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri və “Roma”nın çalışdırıcısı Can Pyero Qasperinidir – hər ikisi ildə 5 milyon avro qazanır. Onların ardınca “Bolonya”nın Vinçenso İtalyano, “Fiorentina”nın Stefano Pioli və “Yuventus”un baş məşqçisi İqor Tudor gəlir – hər birinin illik maaşı 3 milyon avrodur.
“İnter”in Kristian Kivu və “Latsio”nun Mauritsio Sarri 2,5 milyon avro, “Atalanta”nın İvan Yuriç isə 2 milyon avro qazanır. Siyahının sonunda isə illik gəliri 1 milyon avrodan az olan altı məşqçi var – o cümlədən Eusebio Di Françesko və Fabio Qrosso.
2025/26 mövsümü üçün baş məşqçilərin maaş siyahısı: