İtaliya A Seriyası: İlin ilk üçlüyü onlardır
“İnter” 2025-ci ili A Seriyasının lideri kimi başa vurub. Milan təmsilçisi Berqamada “Atalanta” üzərində minimal hesablı qələbə qazanaraq turnir cədvəlinin zirvəsində yer alıb.
90plus.az xəbər verir ki, oyunun taleyini “İnter”in kapitanı Lautaro Martines həll edib. O, 65-ci dəqiqədə vurduğu yeganə qolla komandasına qələbə qazandırıb:
Atalanta 0 - 1 İnter
L. Martines 65'
Bu arada “Milan” 2026-cı ilə A Seriyasında ikinci pillədə daxil olacaq. Komanda doğma meydanda “Hellas Verona”nı 3:0 hesabı ilə məğlub edib. Kristofer Nkunkunun dublu və Kristian Pulisiçin möhtəşəm qolu “Milan”ın çempionluq yarışında mövqeyini qoruması üçün kifayət edib:
Milan 3 - 0 Verona
K.Pulişiç 45+1'
K.Nkunku 48', 53'
“Napoli” də səfərdə “Kremoneze”ni 2:0 hesabı ilə məğlub edib, lakin bu qələbə Neapol klubunu turnir cədvəlində yalnız üçüncü yerə yüksəldib:
Kremoneze 0 - 2 Napoli
R.Hoylund 13', 45'
16 oyundan sonra turnir cədvəli:
1. İnter - 36 xal
2. Milan - 35 xal
3. Napoli - 34 xal.
© Copyright 2026, All Rights Reserved