İtaliya A Seriyası: Ən dəqiq Modriçdir
İtaliya A Seriyasında bu mövsüm ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı açıqlanıb və maraqlı mənzərə ortaya çıxıb.
90plus.az xəbər verir ki, siyahıya liderlik edən Luka Modriçdən başqa, ilk “5-liy”in bütün üzvləri müdafiəçilərdir. 40 yaşlı xorvatiyalı ulduz “Milan”ın heyətində 714 dəqiq ötürmə ilə birinci yerdə qərarlaşıb və yaşına baxmayaraq hələ də liqanın ən sabit oyun qurucularından biri olduğunu göstərib.
Modriçi 681 dəqiq ötürmə ilə “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni izləyir. Üçüncü və dördüncü yerləri isə eyni göstəriciyə — 636 ötürməyə malik olan Manuel Akanji və Pyer Kalulu bölüşürlər. Beşliyi “Napoli”nin kapitanı Covanni Di Lorenso 609 ötürmə ilə tamamlayır:
1. Luka Modriç: 714 ötürmə
2. Bastoni: 681 ötürmə
3. Akanji: 636 ötürmə
4. Kalulu: 636 ötürmə
5. Di Lorenzo: 609 ötürmə
Maraqlıdır ki, Modriç istisna olmaqla ilk 5-likdəki bütün futbolçular məhz müdafiəçilərdir. Bu isə Seriya A komandalarının oyunun qurulmasında müdafiə xəttinə nə qədər güvəndiyini bir daha təsdiqləyir.
Beləliklə, cari mövsümdə liqanın ən etibarlı pas ustaları arasında orta sahə oyunçularından çox müdafiəçilərin üstünlük təşkil etməsi diqqət çəkir.
© Copyright 2025, All Rights Reserved