İtaliya A Seriyasında ən yaxşılar bilindi
İtaliya A Seriyasında ötən mövsümün ən yaxşıları müəyyən edilib.
90plus.az xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey mövsümün ən yaxşı futbolçusu seçilib.
“Napoli” eyni zamanda ən yaxşı komanda adına layiq görülüb, Antonio Konte isə ən yaxşı baş məşqçi mükafatını qazanıb.
“İnter”in 20 yaşlı hücumçusu Pio Esposito ən yaxşı gənc futbolçu nominasiyasında fərqlənib.
“Kalyari”nin müdafiəçisi Alessandro Deolanın 2025-ci ilin may ayında “Venesiya”ya vurduğu qol isə öz kateqoriyasında ən yaxşı hesab edilib.
© Copyright 2025, All Rights Reserved