İtaliya A Seriyasında oynamış bu klub ləğv olunur

SPAL klubu fəaliyyətini dayandırır.
90plus.az xəbər verir ki, “La Gazzetta dello Sport” bu məlumatı yayıb. 2020-ci ilin yayına qədər A Seriyasında çıxış etmiş klub rəsmi şəkildə müflis elan olunub. Klubun adı və brendi hərraca çıxarılacaq.
Məhkəmə klubun futbolçulara, işçilərə və tərəfdaşlara olan borclarını idarə edəcək inzibatçını təyin edib. Borcun ümumi məbləği 10 milyon avronu ötür.
Bu hadisədən sonra SPAL-ın bazasında yaradılmış yeni klub – “Ars et Labor” İtaliyanın beşinci liqasında qeydiyyatdan keçib. Yeni klubun adı SPAL-ın tam açılımı olan “Società Polisportiva Ars et Labor” ifadəsindən götürülüb.
Qeyd: SPAL 1961/62 mövsümündə İtaliya Kubokunun finalçısı olub, həmçinin 1950/51 və 2016/17 mövsümlərində B Seriyasının çempionu olmuşdu.
© Copyright 2025, All Rights Reserved