İtaliya klubu amerikalılara satılır

İtaliyanın tarixi futbol klublarından biri olan "Udineze" ABŞ mənşəli bir şirkətə satılmaq üzrədir.
90plus.az xəbər verir ki, klub son 39 il ərzində Pozzo ailəsinin idarəsi altında olub. Lakin onlar nəhayət komandanı satmağa qərar veriblər.
Sövdələşmənin ümumi məbləği 150 milyon avro təşkil edəcək.
"Udineze" 1896-cı ildə təsis edilib və artıq 30 mövsümdür ki, fasiləsiz şəkildə A Seriyasında çıxış edir.
© Copyright 2025, All Rights Reserved