İtaliya millisinə baş məşqçi təyin olundu
İtaliya millisində müvəqqəti təyinat: Baldini komandaya rəhbərlik edəcək.
90plus.az xəbər verir ki, İtaliya millisinin baş məşqçi postuna müvəqqəti təyinat gerçəkləşib.
İtaliya Futbol Federasiyasının açıqlamasına görə, U-21 yığmasının baş məşqçisi Silvio Baldini iyun ayında keçiriləcək yoldaşlıq oyunlarında əsas milliyə rəhbərlik edəcək. O, komandanı Yunanıstan və Lüksemburqa qarşı matçlara çıxaracaq.
İtaliya yığması iyunun 3-də səfərdə Lüksemburqla, iyunun 7-də isə Krit adasında Yunanıstanla üz-üzə gələcək.
Qeyd: İtaliyanın ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi ölkə futbolunda ciddi dəyişikliklərə səbəb olub. Bu uğursuzluqdan sonra federasiya prezidenti Qabriele Qravina istefa verib. Eyni zamanda, milli komandanın nümayəndə heyətinin rəhbəri Canluici Buffon da vəzifəsindən ayrılıb. Baş məşqçi Cennaro Qattuzo ilə də yollar ayrılıb.
İtaliya millisi sentyabr ayında UEFA Millətlər Liqasının yeni mövsümündə mübarizəyə başlayacaq. Komanda A Liqasının 1-ci qrupunda Fransa, Belçika və Türkiyə ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved