İtaliya millisinin sabiq üzvü "Bayer"ə keçir

"Yuventus"un keçmiş baş məşqçisi Tyaqo Motta Almaniyada çalışa bilər.
90plus.az xəbər verir ki, italyan mütəxəssis "Bayer" klubunda baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur. Bu barədə insayder jurnalist Nikolo Skira məlumat verib. Leverkuzen təmsilçisi 42 yaşlı mütəxəslə danışıqları fəallaşdırıb.
Xatırlatma: Bir müddət öncə "Bayer" klubu baş məşqçi Erik ten Haqla yollarını ayırıb. Hazırda komandanın baş məşqçi postuna bir neçə digər namizəd də müzakirə olunur.
© Copyright 2025, All Rights Reserved