İtaliya millisinin sükanı arxasına daha bir namizəd bəlli oldu
Dünya Çempionatına vəsiqə qazana bilməyən İtaliya millisində baş məşqçi dəyişikliyi baş verib. Bosniya və Herseqovinaya məğlubiyyətdən sonra komandanın sükanı arxasında olan Cennaro Qattuzo ilə yollar ayrılıb.
90plus.az xəbər verir ki, ardıcıl üçüncü dəfə mundialdan kənarda qalan İtaliya millisində İtaliya Futbol Federasiyası yeni qərarlar üzərində işləyir. Federasiya həm seçki prosesinə start verib, həm də yeni baş məşqçinin təyin olunması üçün danışıqları davam etdirir.
İtaliya mətbuatının məlumatına görə, hazırda üç əsas namizəd ön plana çıxır. Siyahının ilk sırasında "Napoli"nin baş məşqçisi Antonio Konte yer alır. Bildirilir ki, belə bir təklif olacağı təqdirdə Neapol təmsilçisi təcrübəli mütəxəssisin gedişinə mane olmayacaq.
Digər namizədlər arasında "Bolonya"nın çalışdırıcısı Vinçenzo İtaliano da var. Siyahıda yer alan sonuncu ad isə daha əvvəl "Yuventus"da fəaliyyət göstərmiş Tyaqo Mottadır.
Yaxın günlərdə İtaliya millisində yeni baş məşqçinin kim olacağına dair yekun qərarın verilməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved