İtaliya millisinin üzvü "Atletiko Madrid"də

90plus.az xəbər verir ki, mövsümlərarası fasilədə heyətini gücləndirməyə davam edən “Atletiko” növbəti transferini reallaşdırıb. Madrid təmsilçisi “Atalanta” klubundan Matteo Ruccerini transfer edib.
İtaliya millisinin 22 yaşlı yarımmüdafiəçisi ilə 5 illik müqavilə bağlanıb. Bu keçid “Atletiko”ya 17 milyon avro və əlavə 3 milyon avro bonus məbləğində başa gəlib.
Qeyd: Matteo Rucceri “Atalanta” klubunun yetirməsidir. O, əsas komandada 109 oyuna çıxaraq 2 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved