İtaliya mundiala getmir! Ardıcıl 3-cü dəfə
RƏSMİ: Bosniya və Herseqovina penaltilərdən sonra Dünya Çempionatına vəsiqə qazandı.
İtaliya ardıcıl 3-cü mundialdan kənarda qalır.
90plus.az xəbər verir ki, Dünya çempionatı 2026-nın Avropa zonası üzrə pley-off finalında favorit sayılan İtaliya gözləntiləri doğrultmadı. 41-ci dəqiqədən azlıqda qalan milli penaltilər seriyasına qədər dözsə də, bəxt üzünə gülmədi:
Bosniya və Herseqovina 1 - 1 İtaliya
Penaltilər: 4 - 1
M. Kin 15’
A. Bastoni 41’ (qırmızı vərəqə, İtaliya azlıqda)
H. Tabakoviç 79’
Qollar:
https://t.me/doxsanplus/115931
https://t.me/doxsanplus/115939
Cennaro Qattuzo oyundan sonra:
“Biz buna layiq deyildik. Biz ehtiras göstərdik, 40-cı dəqiqədən sonra 10 nəfərlə oynadıq… biz üzgünük, amma nə edəsən, futbol budur”.
“Mən komandamla fəxr edirəm. Məyusuq.”
ℹ️ İtaliyanın Dünya Çempionatında oynadığı son oyun, Luis Suaresin Corco Kyellinini dişlədiyi məşhur oyun idi.
© Copyright 2026, All Rights Reserved