İtaliya uduzdu, media yerin dibinə "soxdu"
FIFA Dünya Çempionatı 2026 Avropa seçmə mərhələsinin pley-off finalında İtaliyanın Bosniya və Herseqovinaya məğlubiyyəti ölkədə böyük məyusluq yaradıb.
90plus.az xəbər verir ki, səfərdə keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə İtaliya 1:4 hesabı ilə uduzaraq mundialdan kənarda qalıb. Bununla da “Göy-mavililər” ardıcıl üçüncü dəfə Dünya Çempionatına qatıla bilməyib.
İtaliyada hakim koalisiyanın tərəfdaşlarından olan Liqa Partiyası isə sərt açıqlama ilə çıxış edərək uğursuzluğu “utanc” adlandırıb və federasiya rəhbərliyinin istefasını tələb edib.
İtaliya mətbuatı məğlubiyyəti ağır ifadələrlə qiymətləndirib. “La Gazzetta dello Sport”, “Corriere dello Sport”, “Tuttosport”, “La Repubblica” kimi nəşrlər manşetlərində “tarixi məğlubiyyət”, “fəlakət” və “tam fiasko” ifadələrinə yer veriblər.
Mütəxəssislər isə ümumi rəy olaraq bildirirlər ki, İtaliya millisinin yenidən uğur qazanması üçün ölkə futbolunda köklü islahatlara ehtiyac var.
İtaliya daha əvvəl də 2018 və 2022-ci illərdə keçirilən Dünya Çempionatlarına vəsiqə qazana bilməmişdi.
© Copyright 2026, All Rights Reserved