İtaliyada mövsümün ən yaxşısı Maktominey oldu

İtaliya A Seriyasında mövsümün "Ən yaxşı oyunçuları" bəlli oldu!
90plus.az xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu çempion "Napoli"nin yarımmüdafiəçisi Skott Maktomineydir. O, qolu ilə "Napoli"yə Skudettonu qazandırandan bir neçə dəqiqə sonra buna nail olub: "Bunu yaşamaq mənim üçün sadəcə bir xəyaldır".
"Man Yunayted"dən "Napoli"yə gələn şotlandiyalı Maktominey karyerasında ilk liqa titulundan sonra DAZN-ə bunları söyləyob: "Mən söz tapa bilmirəm, bu inanılmazdır".
"Klubdakı hər bir oyunçunun fədakarlığı inanılmazdır. Azarkeşlər buna layiqdirlər, çünki onlar ilk gündən bizim arxamızdadırlar. Bura gəlib bunu yaşamaq mənim üçün sadəcə bir xəyaldır."
Mövsümün ən yaxşıları, mövqelər üzrə:
Qapıçı: Mayl Svilar - Roma;
Müdafiəçi: Alessandro Bastoni - İnter;
Yarımmüdafiəçi: Tixani Reynders - Milan;
Hücumçu: Mateo Retegi - Atalanta.
© Copyright 2025, All Rights Reserved