İtalyan milliyə italyan məşqçi gətirirlər
İtaliya millisində baş məşqçi postu ilə bağlı dəyişiklik ehtimalı müzakirə olunur.
90plus.az xəbər verir ki, bu vəzifə üçün əsas namizəd Simone İnzaqi sayılır.
Həmçinin İtaliya Futbol Federasiyasına yeni prezident təyin olunacağı gözlənilən Paolo Maldininin də millidə keçmiş komanda yoldaşını bu posta gətirmək istədiyi bildirilir.
Məlumata əsasən, yaxın günlərdə bu məsələ ilə bağlı konkret addımların atılması mümkündür.
50 yaşlı mütəxəssis hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdırır. O, daha əvvəl isə "Latsio" komandasına rəhbərlik edib.
© Copyright 2026, All Rights Reserved