İtalyanlar "Tottenhem"dən yüksək məbləğ istədi

“Komo”nun gənc futbolçusu Niko Pas karyerasını İngiltərədə davam etdirə bilər.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası klubu “Tottenhem” argentinalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Bu barədə məlumatı Böyük Britaniyanın “Telegraph” nəşri yayıb.
İtaliya təmsilçisi transferə müsbət yanaşır və 20 yaşlı futbolçu üçün 70 milyon avro təzminat tələb edir.
Qeyd: “Komo” Niko Pası ötən yay “Real Madrid” klubundan transfer edib. Argentina millisinin üzvü bu müddət ərzində A Seriyasında 36 oyunda iştirak edərək 6 dəfə rəqib qapısına yol tapıb və 9 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved