"Jirona" "Atletiko"dan futbolçu aldı

“Jirona” “Atletiko”nun fransalı yarımmüdafiəçisi Toma Lemarı heyətinə cəlb etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, Lemarın “Jirona”ya icarəsi 2026-cı ilin yayına qədər davam edəcək. Kataloniya təmsilçisi futbolçunun maaşının yarısını – 50 faizini qarşılayacaq.
Qeyd: Toma Lemar 2018-ci ildə “Monako”dan “Atletiko” Madridə 65 milyon avroya transfer olunmuşdu. O, La Liqada 125 oyunda meydana çıxıb və 9 qola imza atıb. Fransalı futbolçu ötən mövsüm cəmi 8 matçda iştirak edib və məhsuldar göstərici ilə fərqlənməyib.
© Copyright 2025, All Rights Reserved