“Jirona”nın çalışdırıcısı “Real”ı OĞRU adlandırdı
“Jirona”nın baş məşqçisindən sərt açıqlamalar: “Real Madrid futbol tarixinin ən çox özünü yerə atan komandasıdır”.
90plus.az xəbər verir ki, “Jirona”nın baş məşqçisi Miçel La Liqada “Real Madrid”lə keçirilən oyundan sonra mətbuata çox kəskin açıqlamalar verib.
İspan mütəxəssis “kral klubu”nu hakimlərin qərarlarından sui-istifadə etməkdə ittiham edib:
“Təəssüf ki, yarışdığımız liqa elə bir yerdir ki, futbol tarixində ən çox özünü yerə atan və “oğurluqla” tanınan bir komanda var. Onlara penaltilər o qədər asan verilir ki… Digər komandalar haqq etdikdə və “Real Madrid” qayda pozduqda isə qərar ləğv olunur.”
Miçel həmçinin xatırladıb ki, bu cür şikayətlər təkcə onlara aid deyil.
Qeyd: Cəmi bir həftə əvvəl “Elçe”nin baş məşqçisi də “Real Madrid”in eyni “oğurluq taktikası”ndan narazılığını bildirmişdi.
Açıqlamanın mənbəyi: Radio Katalunya
© Copyright 2025, All Rights Reserved