Jiru Avroliqada ən yaşlı 3-cü qolçudur

Oliviye Jiru Avropa Liqasında tarix yazdı.
90plus.az xəbər verir ki, fransalı hücumçu Oliviye Jiru UEFA Avropa Liqasının tarixində qol vuran ən yaşlı üçüncü futbolçu oldu. 38 yaşında olmasına baxmayaraq, təcrübəli forvard hələ də qollarını davam etdirir.
“Lill”in heyətində meydana 67-ci dəqiqədə daxil olan Jiru, 80-ci dəqiqədə başla vurduğu qolla komandasına qələbə qazandırıb. Fransız mətbuatı onun “2,50 metrlik möhtəşəm baş zərbəsi” ilə komandasına 3 xal qazandırmasını uzunömürlülük və hava duelində gücün simvolu kimi qiymətləndirib.
Avropa futbolunun simvollarından biri olan Jiru, yaşına baxmayaraq, hələ də “sehrli toxunuşunu” qoruyur və qitə turnirlərində qol sayını artırmaq imkanına sahibdir.
© Copyright 2025, All Rights Reserved