Joan Qarsiyaya görə Kataloniya derbisi xüsusi qorunacaq
"Espanyol” – “Barselona” matçı üçün xüsusi təhlükəsizlik tədbiri görüləcək.
90plus.az xəbər verir ki, La Liqanın 2024/25 mövsümü çərçivəsində 4 yanvar tarixində keçiriləcək “Espanyol - Barselona” matçı öncəsi meydan sahibi klub xüsusi təhlükəsizlik tədbiri görməyə hazırlaşır. Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.
İspaniya mediasının məlumatına görə, “Espanyol” rəhbərliyi azarkeşlərin meydançaya hər hansı əşya atmasının qarşısını almaq məqsədilə qapı arxalarına xüsusi torlar quraşdıracaq. Bu addımın əsas səbəbi “Barselona”nın qapıçısı Joan Qarsiya ilə bağlıdır.
Məsələ ondadır ki, Joan Qarsiya bu mövsüm futbolçu kimi yetişdiyi və peşəkar karyerasında 4 il çıxış etdiyi yeganə klub olan “Espanyol”dan ayrılaraq şəhərin digər təmsilçisi “Barselona”ya transfer olunub. Qapıçının sabiq klubuna qarşı ilk dəfə meydana çıxacaq olması fonunda mümkün gərginliyin qarşısını almaq üçün bu qərarın verildiyi bildirilir.
🔎Qeyd: “Espanyol” – “Barselona” qarşılaşması Kataloniya derbisi statusu daşıyır və hər zaman yüksək emosiyalarla müşayiət olunur. Klub rəhbərliyi təhlükəsizliyin maksimum səviyyədə təmin olunacağını vurğulayıb.
© Copyright 2026, All Rights Reserved