Joao Feliksdən dubl! Ronaldosuz qələbə
Zədə səbəbindən Ronaldonun oynamadığı matçda Joao Feliks dubla imza atdı – “Əl Nəsr”dən böyükhesablı qələbə!
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda “Əl Nəsr” səfərdə “Əl-Xəlic”i darmadağın edib – 5:0.
Qarşılaşmada hesabı 31-ci dəqiqədə Əbdürrəhman Əlhamddan açıb. Fasilədən sonra üstünlüyünü artıran qonaqlar 54-cü dəqiqədə Ayman Yahyanın qolu ilə fərqi böyüdüb.
Matçın əsas qəhrəmanlarından biri Joao Feliks olub. Portuqaliyalı hücumçu 73 və 79-cu dəqiqələrdə fərqlənərək dubla imza atıb:
Al Xalec 0 - 5 Al Nassr
Alhamddan 31’
A. Yahya 54’
J. Feliks 73’ 79’
A. Qabriel 90+1’
Beləliklə, “Əl Nəsr” 5:0 hesablı inamlı qələbə qazanaraq Səudiyyə Ərəbistanı Pro Liqasında liderliyini qoruyub.
© Copyright 2026, All Rights Reserved