Joao Feliksin maaşı 10 dəfə artdı

“Marca”nın məlumatına görə, Joao Feliksin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi onun maaşını 10 dəfə artırıb.
90plus.az xəbər verir ki, 25 yaşlı portuqaliyalı hücumçunun “Əl-Nəsr”ə transferi karyerasında gözlənilməz dönüş olub. “Benfika”, “Atletiko Madrid”, “Çelsi”, “Barselona” və “Milan” kimi klublarda çıxış edən Feliks, nəhayət, milyonlarla avro dəyərində müqavilə qarşılığında Səudiyyə Ərəbistanı Pro Liqasının klubuna – Kriştiano Ronaldonun komandası “Əl-Nəsr”ə keçməyə razılaşıb.
Transferin 2025-ci il iyulun 28-i etibarilə bir neçə saat ərzində rəsmiləşəcəyi gözlənilir. Bu keçidlə Feliksin “Benfika”ya mümkün qayıdışı ilə bağlı söz-söhbətlərə də son qoyulub.
“Marca”nın əldə etdiyi məlumata əsasən, Joao Feliks “Çelsi”də aylıq 1.75 milyon avro (brüt) qazandığı halda, “Əl-Nəsr”də bu məbləğ 17.5 milyon avroya yüksəlib.
Ümumi dəyəri bonuslarla birlikdə 50 milyon avro olan bu transfer “Çelsi” üçün də uğurlu sayılır – klub yüksək maaşlı, problemli bir oyunçudan yaxa qurtarmış oldu.
© Copyright 2025, All Rights Reserved