Joao Feliksin yeni komandası bəlli olur

İstanbula qəfil səfəri ilə transfer şayiələrini alovlandıran Joao Feliksin yeni klubu bəlli olub.
90plus.az xəbər verir ki, son günlər adı "Qalatasaray" və "Fənərbağça" ilə hallanan portuqaliyalı futbolçu karyerasını "Əl Nəssr" klubunda davam etdirməyə qərar verib.
Dünyaca məşhur idman jurnalisti Fabrizio Romanonun yaydığı məlumata görə, Joao Feliks Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunun transfer təklifini qəbul edib. Hal-hazırda "Atletiko Madrid" ilə "Əl Nəssr" arasında rəsmi danışıqlar davam edir.
Joao Feliks bir neçə həftə əvvəl İstanbul Boğazından Türk bayraqlı foto paylaşaraq gündəm olmuşdu. Bu paylaşım onun "Qalatasaray" və ya "Fənərbağça"ya keçəcəyi ilə bağlı iddiaları artırsa da, məlum olub ki, futbolçu sadəcə qısa müddətli istirahət məqsədilə şəhərdə olub.
"Çelsi"də: 20 oyun – 7 qol, 2 assist
"Milan"da: 21 oyun – 3 qol, 1 assist
Joao Feliksin "Əl Nəssr"ə keçidi Səudiyyə Ərəbistanının dünya futbolundakı nüfuzunu artırmaq üçün atdığı növbəti ciddi addım kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved