Joau Kanselo onu çəkən sərnişini hədələdi! VİDEO
Joau Kanselu təyyarə reysi zamanı sərnişinlə mübahisə edib.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Portuqaliya millisinin müdafiəçisi Joau Kanselu təyyarə reysi zamanı onu telefonla çəkən sərnişinlə mübahisə edib.
Hadisə ilə bağlı yayılan görüntülərdə futbolçunun əvvəlcə sərnişinlə zarafat xarakterli dialoq qurduğu, lakin sonradan bu söhbətin sözlü mübahisəyə çevrildiyi görünür. Daha sonra Kanselu sərnişinə yaxınlaşaraq onun əlindən tutub çəkilişi dayandırmağa çalışıb.
Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı futbolçu və klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Həmin videonu təqdim edirik:
https://t.me/doxsanplus/112481
© Copyright 2025, All Rights Reserved