Jota “sonsuzadək” siyahısına daxil edildi

Dioqo Jota “Liverpul”un “Sonsuzadək” siyahısına daxil edildi!
90plus.az xəbər verir ki, “Liverpul” rəsmi saytında heyət bölməsinə dəyişiklik edib. Klubun sabiq hücumçusu Dioqu Jota artıq xüsusi “Forever” – yəni “Sonsuzadək” kateqoriyasında yer alır.
Portuqaliyalı futbolçu klubun tarixində iz qoyan, azarkeşlərin yaddaşına silinməz şəkildə həkk olunan adlardan biri kimi qiymətləndirilir. Məhz buna görə də Jotanın adı “Liverpul”un əbədi üzvləri siyahısına daxil olunub.
Bu status klubun rəsmi saytında xüsusi qeyd olunub və Jotanın profili artıq “Forever Reds” – “Əbədi Qırmızılar” bölməsində yer alır. Klub bununla oyunçunun həm meydandakı çıxışına, həm də komandaya verdiyi töhfələrə dəyər verdiyini göstərib.
Xatırlatma: Dioqo Jota “Liverpul”da keçirdiyi illər ərzində Premyer Liqa, UEFA Çempionlar Liqası və digər arenalarda vacib qollar və parlaq oyunlarla yadda qalıb.
© Copyright 2025, All Rights Reserved