Joze Mourinyo: "Ali Koç mənim arxamca danışır"

"Fənərbağça"da istefaya göndərilən Joze Mourinyo açdı sandığı, tökdü pambığı.
90plus.az xəbər verir ki, keçən il "Fənərbağça"nın sükanı arxasına gətirilən Joze Mourinyo Ali Koç haqqında danışıb:
"Klublardan ayrılarkən qapını bağlayıram, provokasiyaya cavab vermirəm, bəhanə axtarmıram.
Amma Ali Koç mənim gedişimdən bəri danışır... Kerem Aktürkoğlunu niyə yalnız bizi kənarlaşdırandan sonra transfer etdiyini isə izah etmədi."
Qeyd: Mourinyo bu mövsümün əvvəlində "Fənərbağça"dan göndərildi.
© Copyright 2025, All Rights Reserved