Joze Mourinyo: “Benfika bizə görə sevinmədi”

Çempionlar Liqası 3-cü təsnifat mərhələsində “Fənərbağça” cavab oyununda “Feyenoord”u məğlub etdi. Baş məşqçi Joze Mourinyo isə Çempionlar Liqası ilə bağlı çox müzakirə olunan açıqlama verdi.
90plus.az xəbər verir ki, portuqaliyalı baş məşqçi Joze Mourinyo Portuqaliya mətbuatına verdiyi açıqlamada, “İki fərqli dünya… Real olmalıyıq. Çempionlar Liqasına düşsək, maliyyə baxımından əla olar, amma idman baxımından “Fənərbağça” Avropa Liqası komandasıdır,” sözlərinə aydınlıq gətirdi.
Mourinyo mətbuat konfransında bildirib:
“Çempionlar Liqası ilə Avropa Liqasını müqayisə etmək istəyirsinizsə, mənim sözlərimi düzgün başa düşmək lazımdır. Mən demək istədim ki, biz Çempionlar Liqasını qazana biləcək komanda deyilik. Bu mövzuda məni qınayan olmaz.
Amma Avropa Liqasında o turniri qazana bilərik. Keçən il də dörddəbir finala çox yaxın idik. Çempionlar Liqasında oynaya və bir çox komandaları məğlub edə bilərik. İndi isə nəhəng bir komandaya qarşı oynayacağıq.
Böyük vəzifə qarşıdadır. Evimizdə keçirəcəyimiz ilk oyuna baxaq, sonra davamına baxarıq.”
İlk oyundan sonra Joze Mourinyo:
"Bu komandaya qarşı cavab oyunlarının hamısını qazanmışam. Sizi də həmişə revanşlardan sonra kədərli görmüşəm. İndidən sizi "Kadıköyə və Cəhənnəmə xoş gəlmisiniz" deyə qarşılayıram", demişdi.
Pley-offdakı rəqib barədə:
“Benfika oyunlarına qədər transfer olarsa, mənim üçün sürpriz olar. Məncə, hazırkı futbolçularımızla oynayacağıq.”
“Benfika bizimlə qarşılaşdığı üçün xoşbəxt deyil. Onlar bilirlər ki, biz Feyenoord-dan daha güclüyük.”
© Copyright 2025, All Rights Reserved