Jurnalist udan və uduzan futbolçunu səhv saldı! Gülməli situasiya

Jurnalist yanlış adama sual verdi - cavab gündəm oldu.
90plus.az xəbər verir ki, Bundesliqanın 2025/26 mövsümünün açılış turunda “Ayntraxt” Frankfurt səfərdə “Verder”i 4:1 hesabı ilə məğlub edib. Matçdan sonra yaşanan maraqlı an sosial şəbəkələrdə gündəm olub.
Oyun bitdikdən sonra futbolçular formalarını dəyişdiriblər. Məhz bu səbəbdən də jurnalistlərdən biri səhvən “Ayntraxt” forması ilə müsahibəyə yaxınlaşan “Verder” kapitanı Marko Fridli qalib komandanın futbolçusu kimi zənn edib və ondan qələbə barədə təəssüratlarını soruşub.
Fridl isə gülüş doğuran şəkildə cavab verib:
– Qələbədən razısan?
Fridl: “Mən “Verder” oyunçusuyam…”
VİDEO: https://t.me/doxsanplus/106614
Bu cavab qısa müddətdə sosial şəbəkələrdə yayılaraq böyük müzakirələrə səbəb olub.
“Ayntraxt” isə bu qələbə ilə Bundesliqaya möhtəşəm start verib.
© Copyright 2025, All Rights Reserved