Kadi Borges: "Benfika"nı yaxşı analiz etmişik"

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” sabah saat 23:00-da öz meydanında “Qarabağ”ı qəbul edəcək.
90plus.az xəbər verir ki, “Qarabağ”ın oyunçusu Kadi Borges qarşıdakı oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Məşqçimizin də qeyd etdiyi kimi, tam şəkildə hazırlaşa bilmədik. Amma biz, futbolçular olaraq, burda oynamaq istəyimizdən dolayı hazırıq. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini göstərəcəyik.”
Portuqaliyada oynamış "Qarabağ"lılar
— Doğrudur, heyətimizdə Portuqaliyada oynayan futbolçular olub, amma əsas liqada çıxış etməyiblər. Ona görə də bunun bizim üçün xüsusi üstünlük yaradacağını düşünmürəm. Ancaq uzun illərdir avrokuboklarda çıxış edirik və çətin qarşılaşmalarda necə davranmağı yaxşı bilirik.
Oyun üslubu
— Həmişə oyun fəlsəfəmizə sadiq olmuşuq və bu dəfə də belə olacaq. Bu, futbolçular üçün çox önəmlidir.
Kadinin Çempionlar Liqasında ilk çıxışı
— Mən həmişə növbəti oyuna fokuslanıram. Yarışın əhəmiyyətini nəzərə alsaq, qarşıdakı oyun bizim üçün çox önəmlidir. “Benfika”nı yaxşı analiz etmişik və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
© Copyright 2025, All Rights Reserved