“Kadıköy”də qolsuz bərabərlik: Turun taleyi Portuqaliyada həll olunacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Fənərbağça” öz meydanında “Benfika”nı qəbul edib. “Kadıköy”də keçirilən qarşılaşma qolsuz bərabərliklə – 0:0 hesabı ilə başa çatıb.
90plus.az xəbər verir ki, gərgin və mübarizəli keçən oyunun 71-ci dəqiqəsində “Benfika” futbolçusu Florentino ikinci sarı vərəqə ilə meydandan qovulub və komandasını 10 nəfərlə qoyub.
Artıq hər iki komanda üçün növbəti mərhələyə vəsiqə qazanmaq şansı cavab oyununa qalıb. Qarşılaşmanın cavab görüşü 27 avqust, çərşənbə günü Portuqaliyada baş tutacaq. Bu dueldən qalib ayrılan komanda UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
© Copyright 2025, All Rights Reserved