Kamran Zeynalov Avropa çempionudur

Kamran Zeynalov Avropa çempionatında qızıl medal qazandı 🥇
90plus.az xəbər verir ki, Azərbaycanın paraatıcı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında möhtəşəm çıxışı ilə qitə birinciliyinin qalibi olub.
İdmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma (P1) yarışında 235,6 xal toplayaraq bütün rəqiblərini arxada qoyub və qızıl medal qazanıb.
Bu, Zeynalovun yarışdakı üçüncü medalıdır. O, daha öncə Aybəniz Babayeva ilə birlikdə 10 metr məsafəyə qarışıq komanda yarışında (P6) və 50 metr məsafəyə tapançadan atəşaçmada (P4) gümüş medal əldə etmişdi.
Beləliklə, Kamran Zeynalov Avropa çempionatını bir qızıl və iki gümüş medalla başa vurub. 🇦🇿
© Copyright 2025, All Rights Reserved