"Kanadadan üzr istəyirəm" Priston

Kanadanın qadın futbol millisinin sabiq baş məşqçisi Beverli Priston Paris-2024-də rəqiblərinin dronla izlənilməsi ilə bağlı hadisədən sonra futbolçularından və ölkəsindən üzr istəyib.
90plus.az xəbər verir ki, yığmanın sabiq baş məşqçisi sözlərində belə qeyd edib:
“Oyunçular üçün qəlbim qırıldı və bu vəziyyətin onlara göstərdiyi təsirə görə üzr istəyirəm. Kanadadan üzr istəyirəm. Sən mənim evim, sevdiyim ölkə idin. Ümid edirəm ki, siz bu son dərəcə istedadlı və çalışqan oyunçuları dəstəkləməyə davam edəcəksiz”.
Qeyd: Yeni Zelandiya Olimpiya Komitəsi Kanada komandasının üzvlərinin drondan istifadə edərək milli komandanın məşqini lentə alması ilə bağlı BOK-a şikayət edib. Bundan sonra FİFA nizam-intizam komitəsi Kanada millisini olimpiya yarışında 6 xaldan məhrum edib və Pristonu bir il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırmaq qərarına gəlib. Sanksiyalar baş məşqçinin köməkçisi Yasmin Mander və analitik Cozef Lombardiyə də aid edilib.
Mənbə: ESPN
© Copyright 2025, All Rights Reserved