"Karvan-Yevlax" "Araz-Naxçıvan"a uduzdu
Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilib.
90plus.az xəbər verir ki, turun açılış matçında “Araz-Naxçıvan” “Karvan-Yevlax”la qarşılaşıb. Bakıdakı “Liv Bona Dea Arena”da keçirilən görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 37-ci dəqiqədə Hamidu Keytanın qolu ilə açılıb. Cəmi üç dəqiqə sonra Ba-Muaka Simakala fərqi artırıb. “Karvan-Yevlax”ın heyətində isə 51-ci dəqiqədə Kayl Spens fərqlənib.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran “Araz-Naxçıvan” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Karvan-Yevlax” isə 8 xalla sonuncu – 12-ci sırada qalır.
Turun növbəti oyununda “Sumqayıt” öz meydanında “Şamaxı”nı qəbul edəcək.
Qeyd: Azərbaycan Premyer Liqasında XXIV tura martın 15-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved