"Karvan-Yevlax" son dəqiqələrdə 1 xal qazandı
Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarına start verilib.
90plus.az xəbər verir ki, turun ilk qarşılaşma günündə "Sumqayıt FK" səfərdə "Karvan-Yevlax" komandası ilə heç-heçə edib – 1:1.
Yevlax şəhər stadionunda keçirilən görüşdə hesabı qonaqların heyətində Səbuhi Abdullazadə açıb. O, matçın 51-ci dəqiqəsində təyin olunan penalti zərbəsini qola çevirib.
Yevlax təmsilçisi isə oyunun sonlarına doğru bərabərlik qolunu vurmağa nail olub. 90+3-cü dəqiqədə Coy Sleyd Mikels fərqlənərək hesabı 1:1 edib.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Hazırda "Sumqayıt FK" 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xal toplayan "Karvan-Yevlax" isə sonuncu – 12-ci yerdədir.
Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarına martın 10-da yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved