"Karvan-Yevlax"ın futbolçusu aşağı liqaya transfer olundu

“Difai” klubu heyətini yeni transferlə gücləndirib.
90plus.az xəbər verir ki, I Liqada çıxış edən komanda 28 yaşlı yarımmüdafiəçi Roman Hüseynovla razılıq əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2026-cı ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.
Qeyd: Roman Hüseynovun son klubu "Karvan-Yevlax" olub. O, bundan əvvəl “Qəbələ”, “Kəpəz”, “Sumqayıt”, “Mingəçevir” və “Şamaxı” klublarının formasını geyinib.
© Copyright 2025, All Rights Reserved