"Karvan"ın futbolçuları millilərinə dəvət aldı
“Karvan-Yevlax” klubunun üç legioneri milli komandalarına çağırış alıb.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama verib.
Samuel Durant Şri-Lanka, Joy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi milli komandasına dəvət edilib.
Şri-Lanka millisi martın 31-də Asiya Kubokunun seçmə mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Çin Taybeyi ilə qarşılaşacaq.
Ruanda yığması isə martın 27-də “FIFA Series – 2026” turniri çərçivəsində Qrenada ilə görüş keçirəcək.
San Tome və Prinsipi millisi də Afrika Millətlər Kubokunun seçmə mərhələsində öz meydanında Efiopiya ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved