“Kayrat”dan “Qarabağ”a: “İndi sən!”

“Kayrat”dan “Qarabağ”a xüsusi dəstək. Qazaxıstan klubu estafeti Azərbaycan təmsilçisinə "ötürdü".
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksələn Qazaxıstan təmsilçisi “Kayrat” sosial şəbəkədə diqqətçəkən addım atıb.
Almatı klubu “TikTok” platformasında Azərbaycan dilində “İndi sən” ifadəsi ilə video paylaşaraq “Qarabağ”a dəstəyini nümayiş etdirib.
VİDEO: https://t.me/doxsanplus/106736
Xatırlatma: "Kayrat” pley-off mərhələsində Şotlandiyanın “Seltik” komandasını penaltilərlə mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Çempionlar Liqasının əsas raunduna yüksəlib.
Bu gün saat 20:45-də isə Ağdam təmsilçisi “Qarabağ” Bakıda Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. İlk oyunda Qurban Qurbanovun komandası 3:1 hesabı ilə qalib gəlmişdi.
© Copyright 2025, All Rights Reserved