Kazemirodan unikal hadisə!

Kazemirodan Premyer Liqada nadir hadisə!
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Premyer Liqada unikal göstərici ilə yadda qaldı. O, liqa tarixində ilk yarıda həm qol vuran, həm də qırmızı vərəqə alan ilk futbolçu oldu.
37-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi “Çelsi”yə qarşı matçda (2-1) hesab arasındakı fərqi artırdı. Lakin ilk hissənin uzatma dəqiqələrində ikinci sarı vərəqə alaraq meydandan qovuldu.
Qol: https://t.me/doxsanplus/107965
Qırmızı vərəqə epizodu: https://t.me/doxsanplus/107966
Sonuncu dəfə belə hadisə 2012-ci ilin noyabrında qeydə alınmışdı. Həmin vaxt “Tottenhem”in hücumçusu Emmanuel Adebayor “Arsenal”la görüşdə eyni aqibəti yaşamışdı.
© Copyright 2025, All Rights Reserved