KDB 132 gün sonra qayıtdı, “Napoli” uddu
Kevin De Bruyne 132 gündən sonra “Napoli”nin heyətində meydana çıxdı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 28-ci turunda “Napoli” doğma meydanda “Torino” ilə qarşılaşıb.
Gərgin keçən matç Neapol təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb:
Napoli 2 - 1 Torino
A. Santos 7’
E. Elmas 68’
Cassadei 87’
Qollar: https://t.me/doxsanplus/115070
Bu görüş həm də Kevin De Bruyne üçün əlamətdar olub. Belçikalı yarımmüdafiəçi zədədən sonra 132 gündən sonra yenidən “Napoli”nin heyətində meydana çıxıb.
Bu qələbədən sonra Neapol klubu turnir cədvəlində zirvəyə daha da yaxınlaşıb. Hazırda komanda liderdən cəmi bir xal geri qalır.
İlk üçlük belədir:
Beləliklə, A Seriyasında çempionluq uğrunda mübarizə daha da gərginləşib.
© Copyright 2026, All Rights Reserved