Keçmiş “Arsenal”lı narkotikdən tutuldu

"Arsenal"ın keçmiş futbolçusu Entoni Stouks 15 ay həbs cəzasına məhkum edilib.
90plus.az xəbər verir ki, buna səbəb irlandiyalı oyunçunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıdır.
36 yaşlı Stouks 2023-cü ildə Dublində sərxoş halda avtomobilini yüksək sürətlə idarə edərkən polis tərəfindən saxlanılıb. Tibbi müayinədən sonra onun yüksək dozalı narkotik vasitələrdən istifadə etdiyi və üzərində gəzdirdiyi müəyyən edilib.
Qeyd: Ən parlaq futbol illərini "Seltik"də keçirən Entoni bu klubda 135 oyuna çıxıb, 58 qolu var.
Mənbə: The İrish Times
© Copyright 2025, All Rights Reserved