Kefren Türamı Premyer Liqadan 3 vacib klub istəyir
“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubunun maraq dairəsinə düşüb.
90plus.az xəbər verir ki, 24 yaşlı futbolçu “Aston Villa”, “Liverpul” və “Mançester Yunayted”in diqqətini cəlb edib. Bildirilir ki, bu klublar qarşıdan gələn transfer pəncərəsində yarımmüdafiəçini heyətinə qatmaq ehtimalını nəzərdən keçirir. Türamın bu mövsüm A Seriyasında göstərdiyi sabit çıxışlar onu “Yuventus”un heyətində seçilən oyunçulardan birinə çevirib (Tuttosport)
İngiltərədən marağın artmasına baxmayaraq, “Yuventus” əsas futbolçusunu komandada saxlamaq niyyətindədir. Klub rəsmiləri bildiriblər ki, onlar mümkün təkliflərə qarşı durmağa və Türamı növbəti mövsümlər üçün planlarının əsas hissəsi kimi komandada saxlamağa hazırdırlar.
Türamın universallığı, texniki bacarığı və həm müdafiədə, həm də hücumda komandaya fayda vermək qabiliyyəti onu “Yuventus” üçün çox dəyərli oyunçuya çevirir. Buna görə də onu transfer etmək istəyən hər hansı klubun İtaliya təmsilçisini razı salması asan olmayacaq.
© Copyright 2026, All Rights Reserved