Kenan Yıldız ardıcıl 2-ci dəfə “Yuventus”un ən yaxşısı oldu
“Yuventus”da ayın oyunçusu yenə Kenan Yıldız oldu.
90plus.az xəbər verir ki, “Yuventus”un və Türkiyə millisinin üzvü Kenan Yıldız İtaliya klubunda ardıcıl ikinci dəfə ayın ən yaxşı futbolçusu seçilib. Gənc hücumçu noyabr ayından sonra dekabrda da “ayın oyunçusu” adına layiq görülüb.
20 yaşlı futbolçu bu mükafatla yüksək formasını və sabit çıxışını davam etdirdiyini bir daha sübut edib. Kenan Yıldız 2024/25 mövsümündə A Seriyasında göstərdiyi performansla “Yuventus”un ən önəmli fiqurlarından birinə çevrilib.
ℹ️ Bu mövsüm bütün turnirlərdə 25 oyuna çıxan gənc ulduz 2061 dəqiqə meydanda olub və 7 qol, 7 assistlə yadda qalıb. Onun hazırkı bazar dəyəri isə 75 milyon avro olaraq qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved