Kenan Yıldızdan ayrılığa cavab: "Məşqçi mənə oğlu kimi baxır"
“Yuventus”un ulduz futbolçusu Kenan Yıldız Turin klubundakı gələcək planları və ambisiyaları barədə danışıb, komanda və baş məşqçi ilə əlaqəsini vurğulayıb.
90plus.az xəbər verir ki, Yıldız bildirib:
"Müqavilə yenilənməsi? Yeni sözləşmənin şərtlərini müzakirə etməyəcəyəm. Tam diqqətimi meydana göstərəcəyim performansa yönəltmişəm. "Yuventus"da xoşbəxtəm və bu ən önəmli məsələdir. Baş məşqçimiz Luciano Spalletti mənə oğlunu kimi baxır və ona xüsusi bağlılığım var. O, mənim üçün çox şey edir, mən isə bütün gücümü ona və komandaya verirəm. Həmçinin klubun azarkeşlərinin sevgisini də hiss edirəm."
Gənc futbolçu “Yuventus”da çıxış etməyə məmnun olduğunu və komandanın uğurlarına töhfə verməyə davam edəcəyini açıqlayıb.
© Copyright 2026, All Rights Reserved