Kepa Arrisabalaqa 7 ilə 14 dəfə ucuzlaşıb

“Arsenal” Kepanı ucuz qiymətə heyətinə qatdı – 7 ilə 14 qat dəyər itirdi.
90plus.az xəbər verir ki, ispaniyalı qapıçı Kepa Arrisabalaqanın karyerasında diqqətçəkən eniş yaşanıb. 2018-ci ildə “Çelsi” onu “Atletik Bilbao”dan 80 milyon avroya transfer etmişdi ki, bu da tarixdə qeydə alınan ən bahalı qapıçı keçidi idi.
Aradan 7 il keçdikdən sonra, 2025-ci ilin yayında “Arsenal” Kepanı cəmi 5.8 milyon avroya heyətinə qatıb. Bu transfer qiyməti əvvəlkindən təxminən 14 dəfə aşağıdır.
Mövsümlər ərzində həm klubda əsas heyətdəki yerini itirməsi, həm də sabit oyun göstərə bilməməsi Kepa Arrisabalaqanın bazar dəyərinə ciddi təsir edib. Bu qədər qısa müddətdə mövqeyini və statusunu belə sürətlə itirən futbolçular futbolda nadir hallarda müşahidə olunur.
© Copyright 2025, All Rights Reserved