Keyn: “Hər şey “Çelsi” ilə matçdan başlayır”

Harri Keyn Çempionlar Liqasında “Bayern Münhen”i autsayder hesab etmir.
90plus.az xəbər verir ki, bir neçə müddət əvvəl klubun fəxri prezidenti Uli Hoeness Avropanın ən nüfuzlu klub turnirində “Bayern”in uğur şansını “Hoffenhaym”ın Bundesliqanı qazanmaq ehtimalı ilə müqayisə etmişdi – yəqin ki, burada əsas vurğu digər böyük Avropa klubları ilə xərclər arasındakı fərqə idi.
Sabah isə “Bayern” qrup mərhələsinin ilk oyununda “Çelsi”ni qəbul edəcək. Harri Keyn bu məsələyə toxunub:
“Bayern” kimi klub hər zaman bütün turnirləri qazanmağa çalışır. Mən deməzdim ki, biz autsayderik, hətta Avropanın ən güclü komandalarına qarşı oynasaq belə.
Bu, uzun bir yolçuluqdur və ümid edirəm ki, may ayına qədər davam edər. Çox irəliyə baxmaq istəmirəm. İlk növbədə, qrup mərhələsini mümkün qədər yüksək yerdə başa vurmaq istəyirik. Hər şey sabahdan başlayır,” – deyə “Bayern”in hücumçusu bildirib.
Qeyd: "Bayern" və "Çelsi" sabah Münhendə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved