Kilian Mbappe “Qızıl Buts”u aldı
Fransalı ulduz Kilian Mbappe – 2024/25 mövsümünün “Qızıl Buts” qalibidir!
90plus.az xəbər verir ki, Kilian Mbappe 2024/25 mövsümündə “Real Madrid”dəki debüt mövsümündə ən çox qol vuran oyunçu kimi “Qızıl Buts” mükafatını aldl.
La Liqanın ən sərrast hücumçusu olan fransalı ulduz El Klasikoda het-trik edib və debüt mövsümündə 39 qola çatıb.
Kilian Mbappe “Qızıl Buts 2025” mükafatını aldıqdan sonra: “Bu mənim üçün böyük zövqdür. Bu mükafat mənim üçün çox önəmlidir. Mənə çox şey ifadə edir”.
“Həmişə yanımda olub kömək etdikləri üçün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz inanılmaz komandayıq. Çox şey qazana bilərik”.
© Copyright 2025, All Rights Reserved