Kimpembenin möcüzə çempionluğu

Presnel Kimpembe üçün duyğulu anlar – PSJ-nin Ç/L çempionluğu göz yaşları ilə qeyd olundu.
90plus.az xəbər verir ki, PSJ-nin UEFA Çempionlar Liqasındakı tarixi qələbəsi klubun yetirməsi Presnel Kimpembe üçün xüsusi anlam daşıyıb. Fransız müdafiəçi matçın ardından göz yaşlarını saxlaya bilməyib. Uzun illər Paris təmsilçisinin formasını geyinən Kimpembe bu qələbəni emosional şəkildə qeyd edib.
28 yaşlı futbolçu peşəkar karyerasının haçısını PSJ-də keçirib və bir dövr klubun müdafiə xəttində əsas oyunçularından biri olub. Lakin son illərdə ardıcıl yaşadığı ciddi zədələr – xüsusən 2023-cü ildə yaşadığı axil (aşil) vətəri qopması – onun irəliləyişinə əngəl olub. Kimpembe bu səbəbdən tam 84 oyunu buraxmaq məcburiyyətində qalıb.
Bütün bu çətinliklər fonunda PSJ-nin qazandığı Çempionlar Liqası kuboku Kimpembe üçün sadəcə idman uğuru deyil, həm də iradə, səbir və əzmin simvoluna çevrilib. Onun meydanda və kənarda keçirdiyi illər, bu tarixi uğurla gözəlləşib.
Bu qələbə ilə Kimpembe futbol karyerasında çoxdankı bir hədəfinə çatıb.
© Copyright 2025, All Rights Reserved