Klopp: “Dünya dəyişib, Virts üçün ağlasığmaz məbləğ ödənildi“

Yurgen Klopp: “Virtz üçün ağlasığmaz məbləğ ödənildi, amma dünya dəyişib”.
90plus.az xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Florian Virtzin 136,3 milyon avroya (bonuslarla birlikdə) “Liverpul”a transferinə münasibət bildirib.
Təcrübəli mütəxəssis “Welt”ə açıqlamasında bu transferin böyük müzakirələrə səbəb olacağını vurğulayıb:
“Şübhəsiz, Virtz üçün ağlasığmaz məbləğ ödənildi. 2-3 matçda işlər pis gedən kimi, bu haqda danışılacaq.
Eyni zamanda, hər kəs razılaşar ki, Florian möhtəşəm futbolçudur. Yadımdadır, hansısa oyunçuya görə 100 milyon avro ödəyəcəyimiz halda komandadan ayrılacağımı demişdim. Amma indi dünya dəyişib, transfer bazarında qiymətlər yüksəlib”.
Qeyd: 21 yaşlı alman futbolçu bu yay “Bayer Leverkuzen”dən ayrılaraq “Liverpul”a keçib. Bu transfer “qırmızılar” tarixində ən bahalı keçid kimi qeydə alınıb.
© Copyright 2025, All Rights Reserved