Kloppdan Salah haqqında sözlər: "Təəccüblənmərəm.."
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp, komandadan ayrılacağını açıqlayan Məhəmməd Salah haqqında diqqətçəkən fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, alman mütəxəssis misirli ulduzun əvəzolunmaz futbolçu olduğunu bildirib və onun karyerasını uzun illər davam etdirə biləcəyini vurğulayıb.
Yurgen Klopp qeyd edib ki, Məhəmməd Salah inanılmaz peşəkardır və futbolçu standartlarını yenidən müəyyənləşdirib:
“Onun nə qədər çox çalışa bilməsi, bərpa prosesinə nə qədər önəm verməsi hər şeyi izah edir”.
Alman çalışdırıcı əlavə edib ki, ulduz futbolçunun hələ uzun müddət yüksək səviyyədə çıxış etməsi mümkündür:
“Buradan ayrılır, amma 6-7 il daha oynasa, buna təəccüblənmərəm. O, bütün zamanların ən böyük futbolçularından biridir və onun karyerasının bir parçası olmaqdan qürur duyuram”.
Qeyd: Məhəmməd Salah "Liverpul" tarixinin ən önəmli oyunçularından biri kimi yadda qalıb.
© Copyright 2026, All Rights Reserved