Kloze: "Mən Mahirə hörmət edirəm"

Kloze Mahirin oruc tutmasına hörmət etdiyini bildirib.
90plus.az xəbər verir ki, Ramazan ayında bir çox futbolçunun oyunlar zamanı oruc tutmasına artıq bir çox ölkədə hörmətlə yanaşılır. Bu barədə millimizin üzvü Mahirin oynadığı "Nürnberq"in baş məşqçisi Miroslav Kloze də öz fikrini səsləndirib:
"Nürnberq”in baş məşqçisi Miroslav Kloze: "Mahir oruc tutmağa çox ciddi riayət edir"
"Mahirlə çox gözəl söhbətlərimiz oldu. Çünki mənim özümün də orucluq müddətdə içməyən, yeməyən çoxlu komanda yoldaşlarım var idi. Məşqçi kimi belə məsələlərdə çox diqqətli olmalıyam. Amma bəli, o çalışır və mən bunu gizlətmirəm. Mahir oruc tutmağa çox ciddi riayət edir. Yalnız oyun günlərində oruc tutmur. Lakin sonra bu günlərin əvəzinə oruc tutacaq”.
© Copyright 2025, All Rights Reserved